Ermənistan Respublikasında “artsax nümayəndəliyi”nin binası ilə bağlı məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, iyulun 15-də Baş Prokurorluq İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı “artsax nümayəndəliyi”nin binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırıb.
Xatırladılıb ki, bina 1997-ci ildə Baş nazir Robert Köçəryanın qərarı ilə “Qarabağ hökuməti”nə bağışlanıb.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan hakimiyyətinin İrəvanda “artsax nümayəndəliyi”ni hələ də saxlaması, üstəlik binanın geri alınması ilə bağlı məhkəmə prosesinin 2026-cı ilin may ayına təyin edilməsi ciddi suallar yaradır.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək