AFFA-nın sabiq baş katibi, hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədov yaxın vaxtlarda fəaliyyətini Azərbaycanda davam etdirə bilər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, o, gənclər və idman naziri təyin olunmağa yaxındır.
Məmmədov bu vəzifədə Fərid Qayıbovu əvəz edəcək.
Ehtimallara görə, onun təyinatı bu ilin oktyabrından sonra reallaşacaq. Buna səbəb ölkəmizdə keçiriləcək III MDB Oyunlarıdır.
Elxan Məmmədovun son günlər Azərbaycanda olması məhz bununla əlaqədardır. O, FİFA-dakı gərgin iş qrafikinə rəğmən, tez-tez Bakıya səfərlər edir və yeni işinə hazırlaşır. Qitənin ali futbol qurumu da vəziyyətdən xəbərdardır.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək