Türk Dövlətləri Təşkilatı (TDT) öz bayrağını kosmosa göndərəcək.
BUTA.TV xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Bişkekdə keçirilən dördüncü iclasının yekunlarına dair TDT Baş katibi Kubanıçbek Ömüraliyev bildirib.
Onun sözlərinə görə, TDT Türk dünyasının minillik tarixinə, mədəniyyətinə və irsinə əsaslanan unikal təşkilatdır:
“Təşkilat çərçivəsində xarici siyasət, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, turizm və hətta kosmos da daxil olmaqla 40-dan çox platforma yaradılıb. Biz tezliklə Türk dünyasının birliyinin simvolu olaraq TDT bayrağını kosmosa göndərəcəyik”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək