İran Prezidenti Məsud Pezeşkian “barışdınız” dedikdə, Rusiyanı yox, Ermənistanı nəzərdə tuturdu. Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır, bu aydın görünür. Çünki gərginliyin səbəbkarı Kreml idi. Ancaq əlinə dividend keçmədi və anladı ki, şantajla heç nəyə nail ola bilməyəcək. İndi isə münasibətləri təmir etməyə çalışır və bu yaxşıdır. Özləri öz səhvlərini düzəldirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
“İndi Azərbaycan Rusiya üçün Rusiyanın Azərbaycan üçün oynadığı roldan daha önəmli vəziyyətdədir. Çünki Cənub-Şimal dəhlizinin ana xətti Azərbaycandan keçəcək. Rusiya İrana ildə 50 mlrd. m3 qaz satmaq istəyir və boru Azərbaycandan keçməlidir. Azərbaycan və Türkiyənin stateji müttəfiqliyi isə Kremldə bəzi “isti başları” soyutmağa yetər.
Türkiyə Rusiya üçün “nəfəslik”- Qərbə yoldur. Çünki “Türk Axını” ilə qazını premium qiymətlə Avropaya Türkiyə vasitəsi ilə satır və hər il 10-11 mln. rusiyalı Türkiyədə dincəlir. Rusiyalılar hər şeyə dözər, amma Antalyaya getməsələr, inqilab edərlər.
Bir sözlə, coğrafiyamız taleyimizdir. Şimalda kobud, beynəlxalq hüququ çeynəyən qonşumuz var. Bərabərhüquqlu münasibətlər istəsələr, eyvallah, normal münasibətlərdən hamı qazanar”, - deyə Cəfərli qeyd edib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı