İran Zəngəzur dəhlizinə Türkiyə ilə birgə nəzarət etmək istəyir.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Akop Çakryan İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Əlbəttə, burada ABŞ-də baş verən hadisələr fonunda Zəngəzur dəhlizi nəzərdə tutulur. Görünən budur ki, Donald Trampın gəlişindən sonra “tostlar şirinləşir” və Zəngəzur dəhlizi ilə bağlı yeni inkişaflara işarə edilir. Təbii ki, ABŞ-nin superdövlət kimi bəzi imkanları var. Türkiyə və İran da iki qüdrətli siyasi qüvvə kimi rəqabət aparır, amma bu halda da onları “ortaq düşmən”in birləşdirdiyini də qeyd etmək lazımdır. Yəni müəyyən tədbirlər görülür.
Zəngəzur dəhlizi sıradan bir dəhliz deyil, nəzarəti qlobal əhəmiyyət kəsb edən regional transformasiyanın kəsişmə nöqtəsidir. Çin, ABŞ - hamı maraqlanır. Amerikalılar üçün çox vacibdir. Ancaq burada sual yaranır ki, bura bizim suveren ərazidirsə, bəs niyə Amerika Birləşmiş Ştatlarına verilir? Bunun müqabilində nə alacaqlar?”, - ekspert bildirib.
Qeyd edək ki, Qalibaf daha əvvəl açıqlamasında İran və Türkiyənin regionun sabitliyini və bütövlüyünü birgə təmin etməyə qadir olduğunu deyib. Ermənistan KİV və ekspert icması İran parlamentinin sədrinin bu açıqlamasını Tehranın Zəngəzur dəhlizinə birgə nəzarətlə bağlı Ankaraya təklifi kimi şərh edir.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır