“Ermənistan” blokundan olan parlament üzvləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakı ilə sülh müqaviləsi layihəsində konkret xəritələrin fiksasiyası məsələsinin heç vaxt gündəmə gətirilmədiyi barədə sözlərini yalan adlandırıblar.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan dörd parlamentari – Anna Qriqoryan, Artur Xaçatryan, Kristin Vardanyan və Qeqam Manukyanın bəyanatında deyilir.
Deputatlar iddia edirlər ki, Mirzoyan avqustun 27-də İctimai Televiziyaya müsahibə verərkən deyib: “Sülh müqaviləsində necə xəritə ola bilərdi?”
"Rəsmi olaraq bəyan edirik ki, Ararat Mirzoyan yalan danışır. Paraflanmış sazişin razılaşdırılması prosesi zamanı Ermənistan tərəfi delimitasiya və demarkasiya üçün əsas kimi 1974-1979-cu illərə aid Sovet Baş Qərargahının xəritələrindən istifadə etməyi təklif edib. Azərbaycan tərəfi konkret illərin xəritələrini göstərmədən ümumi tərtibat təklif edib", - məlumatda deyilir.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Onların sözlərinə görə, paraflanmış sazişə əsasən belə qənaətə gəlmək olar ki, Ermənistan Azərbaycanın növbəti tələbini qəbul edərək, bu məqamda təslim olub.
Müxalifətçi parlamentarilərin fikrincə, bu, dəqiq sərhəd xəttinin qurulmaması deməkdir. Bu da, danışıqların Azərbaycanın tələblərini təmin etmək məntiqi ilə aparıldığını sübut edir. Ermənistan nümayəndələri onun ərazi bütövlüyünü qoruyacaq heç bir məqamı qeydə almayıblar.
Müxalifət fraksiyasının nümayəndələri hakimiyyətə müxalifətin bəyanatını “təkzib etmək” üçün bütün danışıqlar paketlərini ictimaiyyətə açıqlamağı təklif ediblər.
- Bakı-Naxçıvan uçuşları təxirə salındı
- WUF13-də ADY ilə bağlı infosessiya keçiriləcək
- Daha bir sabiq deputat vəfat etdi - Foto
- Qafqazın ən böyük tunelindən yeni - Video
- Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar
- Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq
- Ordumuz yaz-yay rejiminə keçdi - Video
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?