Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın leytenant rütbəsi alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Gürcüstanda ilk dəfə etnik azərbaycanlı qadın hərbçi – Sevil Məmmədova Milli Müdafiə Akademiyasını uğurla bitirərək leytenant rütbəsi alıb.
S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.
Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi