Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Cənubi Qafqazda diplomatik münasibətlərin normallaşdırılmasını sürətləndirəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi geosiyasi və geostrateji əhəmiyyətə malikdir:
"Bu yol regional və qlobal ticarətə də böyük töhfə verəcək. Layihə Türkiyənin vasitəçilik missiyasını və sülhə töhfəsini bir daha sübut edir. Türkiyə qlobal iqtisadiyyatın gələcəyini düşünən bir baxış ortaya qoyur. Qars bu xəttin dəmirdən qapısı olacaq, İğdır qlobal ticarət məkanına çevriləcək, Aralık və Dilucu isə Zəngəzur dəhlizinin açarı olacaq”.
Nazir bildirib ki, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttindən daha çox beynəlxalq arenada səs salacaq birliyin, rifahın və sülhün yoludur:
"Bu yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək".
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi