Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır. Ancaq SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik trasformatorları göndərildi.
Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kreml rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər.
Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə, gərginlik daha da artır. Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil”, - o bildirib.
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi