Mən, Ukrayna adından Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürümüzü çatdırmaq istəyirəm.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba bildirib.
"Genişmiqyaslı işğal zamanı, eləcə də təcavüzkara qarşı apardığımız bu 11 illik mübarizə zamanı Ukraynaya daimi humanitar dəstək verənlər arasında Azərbaycan da olub. Buna görə xalqımız adından təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, bu dəstək indi o qədər güclüdür ki, buna görə təəssüf ki, Ukraynada Azərbaycan kapitalı olan infrastruktur obyektləri Rusiyanın atəşindən əziyyət çəkir. Mən dostlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, biz gələcəkdə bu obyektlərin bərpasına və qorunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik", - o bildirib.
"Çoxlu birgə layihələrimiz var. Ölkəmizin bərpasında Azərbaycan bizə kömək edir. Bizim Azərbaycan ilə Kiyev vilayətində sosial infrastrukturun bərpasına kömək edən gözəl layihələrimiz var. Bunlar eyni zamanda Ukraynanın şəhər və qəsəbələrində sosial komponentimizi yaxşılaşdırmağa yönəlib. Təbii ki, istilik mövsümünün başlamasına az qalmış bizim üçün çox vacib olan burgə böyük enerji layihələrini və Azərbaycan tərəfinin dəstək paketini qeyd etməyə bilmərəm. Ölkəmizdə qışı heç kim ləğv etməyib. Bu, dördüncü belə qış olacaq ki bu ərəfədə istənilən kömək bizim üçün çox vacibdir. Əməkdaşlıqda qarşımızda duran vəzifələr son dərəcə yüksəkdir. Sizə bir daha təşəkkür edirəm", - baş nazirin müavini əlavə edib.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır