Dünyanın ən təhlükəli ölkələrinin siyahısı tərtib olunub.
BUTA.TV xəbər verir ki, siyahı “Qlobal Quardian” tərəfindən yayımlanıb.
Məlumata görə, siyahı beynəlxalq təşkilatlar tərəfindən müxtəlif indekslər və analizlər, həmçinin qlobal miqyasda hansı bölgələrin daha riskli olduğuna əsasən hazırlanıb.
Siyahıda ümumilikdə 76 ölkə yer alıb.
Azərbaycan da sözügedən siyahıda 68-ci yeri tutub. Qonşu ölkələrdən isə Gürcüstan 54, İran 22, Türkiyə 18, Rusiya isə 1-ci yerdə qərarlaşdırılıb.
Həmin siyahıda ilk 20 ölkəni təqdim edirik:
1. Rusiya;
2. Ukrayna;
3. Sudan;
4. Konqo;
5. Yəmən;
6. Əfqanıstan;
7. Suriya;
8. Cənubi Sudan;
9. İsrail;
10. Mali;
11. Myanmar;
12. Burkina- Faso;
13. Somali;
14. Mərkəzi Afrika Respublikası;
15. Şimali Koreya;
16. Nigerya;
17. İraq;
18. Türkiyə;
19. Fələstin;
20. Pakistan.
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video
- TuranBank İsveçrənin bu fondu ilə əməkdaşlığa başladı
- Aydın Dəmirovun 2,8 milyonluq əmlakı müsadirə olundu - Foto
- Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?