Zəngəzur dəhlizinin uzunluğu ilə bağlı müxtəlif rəqəmlər dolaşır, bəziləri 42, bəziləri 43,5, bəziləri isə 32 kilometrdən bəhs edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Xüsusən də ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bəyan etdi: “Ermənistan və Azərbaycan 32 kilometrlik yol üstündə mübahisə edir. O 32 kilometrlik yolu bizə icarəyə verin və hamı istifadə etsin”, - deyə nəşr ABŞ-ın yolu 32 km hesab etdiyini xatırladıb.
“Apaven” yükdaşıma şirkətinin sahibi və direktoru Qagik Ağacanyan nəşrə bildirib ki, iki marşrut ola bilər: Ermənistanın kənarı ilə (Arazıın sahili ilə) keçərsə, 42 km, bir az şimaldan keçərsə, 32 kilometrlik.
“Hraparak” “diplomatik mənbələrinə istinadla” iddia edib ki, dəhlizin 32 km olması barədə qeyd əslində Azərbaycan təbliğatıdır:
“Məsələ burasındadır ki, Azərbaycan demarkasiya-delimitasiya nəticəsində Nüvədi sektorunda təxminən 10 km-lik hissənin özünün olacağına inanır, onu Azərbaycan ərazisi hesab edir, ona görə də 32 km rəqəmi qeyd olunur”.
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video
- TuranBank İsveçrənin bu fondu ilə əməkdaşlığa başladı