Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası baş nazirin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Onlar Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə edilmiş razılaşmaları müzakirə ediblər.
N.Paşinyan regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi əsasında fəaliyyət göstərəcəyi barədə M.Pezeşkianı məlumatlandırıb.
O, həmçinin İran Prezidentinin İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video
- TuranBank İsveçrənin bu fondu ilə əməkdaşlığa başladı