Bütün bu hərəkətlərin dolayı məqsədi təkcə Azərbaycan və Türkiyənin ambisiyalarını təmin etmək deyil, eyni zamanda, ABŞ-ı regional problemlərə sürükləmək, Rusiyanın bu regionda təsirindən imtina etmək və bu təsirlə mübarizə aparmaq cəhdidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulin Ağ Evdə imzalanan Birgə Bəyannamə haqda danışarkən deyib.
“Həm Paşinyan, həm də İlham Əliyev özünəməxsus şəkildə Rusiyanın vasitəçiliyində, Cənubi Qafqazda təsirinin saxlanmasında qətiyyən maraqlı deyil. Təbii ki, bu vəziyyətdə onlar xoşbəxtliklərini xaricdə axtarırlar. Amma əgər Əliyev özünün və Türkiyənin milli maraqlarını güdürsə, Paşinyan sadəcə olaraq həmvətənlərinə xəyanət edir ki, Dağlıq Qarabağdakı təcrübəsini nəzərə alsaq, bu, onun üçün ilk deyil”, - o qeyd edib.
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video
- TuranBank İsveçrənin bu fondu ilə əməkdaşlığa başladı