Rusiyanın Tula vilayət məhkəməsi Azərbaycan vətəndaşını bir il müddətinə azadlıqdan məhrum edib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
O, bu ilin mart ayında "Böyük Vətən müharibəsi illərində Tula şəhərinin qəhrəman müdafiəçilərinə" həsr olunmuş memorial kompleksdəki “Əbədi alov”u təhqir etməkdə ittiham olunur.
İddia olunur ki, Azərbaycan vətəndaşı Rusiyanın hərbi şöhrət rəmzlərini və Vətən müdafiəçilərinin xatirəsini təhqir etdiyi zaman (Rusiya Cinayət Məcəlləsinin 354.1 maddəsinin 3-cü hissəsi) spirtli içkinin təsiri altında olub. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs günahını tam etiraf edib və əməlindən peşman olduğunu bildirib.
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!