Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi Azərbaycan Prezidenti İlham Əliyevdən BMT-nin Ümumdünya Şəhər Forumunun Bakıda keçirilən 13-cü sessiyasının (WUF13) açılışında iştirak etmək üçün dəvət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Yəmənin "Əl-Əyyam" qəzetinə istinadən verdiyi məlumata görə, dəvəti Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev bu ölkənin xarici işlər və mühacirlər naziri Şaya əl-Zindani ilə görüşündə çatdırıb.
Tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Əl-Zindani husilərin regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təhdid yaratmağa davam edən hücumları səbəbindən ölkədə sülhün əldə edilməsindəki çətinliklərdən danışıb.
Səfiri Azərbaycanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və Yəməndə sabitliyə nail olmaq üçün səylərin dəstəklənməsində maraqlı olduğunu bildirib.
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!