Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq

Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq

Tarix: Siyasət

Saatlıq əmək haqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün “Əmək Məcəlləsinə” ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədi ilə Nazirlər Kabinetinə təqdim olunub. Yeni mexanizmin tətbiq olunması, əmək haqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq.

BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar VBayramov qeyd edib.

O bildirib ki. saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər:

"Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əmək haqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əmək haqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əmək haqqı almasına səbəb ola bilər.

Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əmək haqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əmək haqlarının artırılmasına gətirib çıxara bilər.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əmək haqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".