Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır 

Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır 

Tarix: Siyasət

Teleaparıcısı Nail Kəmərlinin sosial şəbəkə paylaşımında mütəmadi olaraq bir narkotik maddə istifadə edən şəxsi axtardığını və bu şəxslərə 50 manat qonorar və əlavə hədiyyələr təklif edib.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirə, əsasən, ironik və qeyri-ciddi çağırış kimi qəbul edilsə də, bunu narkotik maddələrin təbliğitək yozanlar az olmayıb.

“Psixoloqlar deyir ki, istər müsbət, istərsə də mənfi vərdişin cəmiyyətdə yayılmasını istəyiriksə, ondan çox danışılmalıdır. Bu, insanlara təsir edir, çünki onlar robot deyil, təsirlənən varlıqlardır. Nəyi eşidirlərsə, onun təsirinə düşürlər. Ona görə təkidlə deyirlər ki, pis xəbərləri çox tirajlamayın".

Bunu “Yeni Sabah”a sosioloq Mail Yaqub bildirib.

O əlavə edib: "Məsələ, sevinə-sevinə boşanan, narkotikdən istifadə edən, intihara cəhd edən insanlardan müsahibə alırlar. Bu da belələrinin say artımına səbəb olur.

“Social proof” deyə bir anlayış var. Mənası sosial isbatdır. “Kimsə bunu edirsə, mən də edərəm” mənasını verir. Bu, çox güclü effektdir. Pis olan hadisələri tirajlamaq məhz budur”.

Ekspert aidiyyəti orqanların belə məsələlərə ciddi yanaşmasının vacib sayıb:

“Mən pis vərdişlərdən tez-tez danışılmasının əleyhinəyəm. Aidiyyəti orqan və qurumlar bu statistikanı sosioloqlar, statistik araşdırmalar vasitəsilə öyrənməlidirlər. Bu, başqa məsələdir. Amma bunu hər gün tirajlamaq pis vərdişlərin yayılmasına səbəb olur”