Avropa Birliyi (AB) Qara dəniz regionunda sülh və sabitliyi möhkəmləndirmək, həmçinin region ölkələri ilə əməkdaşlığı gücləndirmək məqsədilə yeni strategiya təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Yeni strategiya çərçivəsində AB Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır. AB bu ölkələrlə birgə enerji, nəqliyyat, ticarət və rəqəmsal sahələrdə əlaqələri gücləndirmək, infrastruktur layihələrinə sərmayə qoymaq və iqtisadi əməkdaşlığı artırmaq niyyətindədir.
“Bu ölkələrin bəziləri AB-yə üzv olmaq və ya AB ilə daha sıx əlaqələr qurmaq yolunu seçiblər. Yeni strategiya həm AB, həm də Qara dəniz regionundakı tərəfdaş ölkələr üçün real faydalar gətirməyə yönəlib”, - məlumatda bildirilib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı