Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlət başçılarına təşəkkür ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Orban X hesabında paylaşım edib.
"Sülhə sarsılmaz sadiqliyinə görə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şövkət Mirziyayevə təşəkkür edirəm. Müharibə nəticəsində yaranan enerji böhranı ilə mübarizədə bizə yardım etmək üçün əməkdaşlığınız mühüm əhəmiyyət kəsb edir. Sülh içində birləşərək, birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik", - Orban qeyd edib.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video