Tehran “balans” siyasətinə sadiqdir. İran Azərbaycanla birgə işğaldan azad olunan ərazidə “Araz-2025” birgə hərbi təlimləri keçirərkən, bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə təcili İrəvana gedib və orada Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Görünür, İranın müdafiə naziri ölkəsinin Azərbaycanla birgə hərbi təlimlərin Ermənistana qarşı yönəlmədiyini vaxt itirmədən İrəvana yerindəcə izah etmək istəyib. Nəsirzadə İrəvanda bunu deyib: “İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz”.
Sizi dayandıranmı var? Azərbaycanı da təhlükəsizlik maraqlarının təmin olunmasında dayandıran yoxdur”, - politoloq vurğulayıb.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video