Bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, zirvədə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Macarıstan Baş naziri Viktor Orbanın sədrlik edəcəyi sammitdə Azərbaycanla yanaşı, TDT-yə üzv digər dövlətlərin - Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın prezidentləri iştirak edəcək. Bundan əlavə, TDT-nin müşahidəçi dövlətlərinin (Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası) nümayəndələri və təşkilatın baş katibi də sammitə qatılacaq.
TDT tarixində ilk dəfə təşkilatın sammiti müşahidəçi dövlət tərəfindən keçiriləcək. Bu, Macarıstanın türk dövlətləri ilə hərtərəfli əməkdaşlığın qətiyyətlə dərinləşdirilməsində artan rolunu vurğulayır.
“Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu altında keçiriləcək qeyri-rəsmi zirvə dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələlərin müzakirəsi baxımından mühüm imkan yaradacaq.
Zirvə toplantısının sonunda Türk Dövlətləri Təşkilatının ortaq və strateji baxışını təsdiq edən Budapeşt Bəyannaməsinin qəbul edilməsi, müxtəlif mühüm qərarların və təşəbbüslərin ictimaiyyətlə paylaşılması nəzərdə tutulur.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video