ABŞ Senatının iki partiyadan olan senatorlar qrupu bir qətnamə təqdim edib. Qətnaməyə görə, Rusiya Federasiyası ilə heç bir sülh razılaşması Ukraynadan oğurlanmış bütün uşaqlar geri qaytarılmadan bağlana bilməz.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Teleqram kanalında məlumat verib.
O qeyd edib ki, qətnamənin təşəbbüskarları respublikaçı Çak Qrassli və demokrat Emi Klobuçardır. Qətnaməni hər iki partiyanın nümayəndələri – Rodjer Uiker, Conni Ernst, Rik Skott, Dik Dürbin və Con Fetterman da dəstəkləyib:
“Uşaqların oğurlanması təkcə hərbi cinayət deyil. Bu, bizim kimliyimizi silmək, millətin gələcəyini sındırmaq cəhdidir. Biz buna imkan verməyəcəyik. Senatorlara dəstəyə görə minnətdaram. Hər bir uşağın geri qaytarılması – bizim ümumi borcumuzdur. Bu, müharibənin başa çatmasının şərtidir”.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video