"İnsayt lyudi" prodüser agentliyi bloger Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "KP-Peterburq" nəşri məlumat verib.
Nəşr qeyd edir ki, sənəd arbitraj məhkəməsinə hələ 2025-ci il aprel ayının sonunda daxil olub. Məhkəmənin saytında göstərilib ki, bloger "müəyyən ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri" yerinə yetirməyib. Digər detallar məlum deyil.
İş üzrə məhkəmə iclası iyulun 2-nə təyin olunub.
Nəşrin verdiyi məlumata görə, Həsənov "İnsayt lyudi" firması ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 2022-ci ildə bloger şirkət tərəfindən Sankt-Peterburq və Moskvada təşkil edilən bir neçə tədbirdə iştirak edib.
Mayın 14-də məlum olub ki, bloger qiyabi həbs edilib və onu 7 ilə qədər həbs cəzası gözləyir. Hüseyn Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb. Bloqerin özü vergi borcunun olmadığını bildirib.
İstintaqın versiyasına görə, 2019-2021-ci illərdə bloger ümumilikdə 170 milyon rubldan (3 milyon 600 min manatdan çox) çox məbləğdə vergi ödəməyib. Eyni zamanda o, vəsaitlərin bir hissəsini - 20 milyon rubldan (təxminən 424 min manat) çox pulu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video