Xəbər verdiyimiz kimi, Azərbaycan və İran “Araz-2025” adlı birgə hərbi təlimlərə başlayıblar. Təlimlərin açılış mərasimi Xocavənd rayonunun Hadrut qəsəbəsində keçirilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, iranlı hərbçilərə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının əməliyyatlar üzrə komandanı, briqada generalı Vəli Mani rəhbərlik edib. General-mayor işğaldan azad edildikdən sonra Hadrut qəsəbəsində ucaldılan "Dəmir yumruq" abidəsinin önündə hərbi salam verərək, şəhidlərimizin xatirəsini ehtiramla yad edib.
"Bu təlim iki ölkənin strateji, əməliyyat və hərbi məqsədlərini təbliğ etmək və Azərbaycan ilə İran prezidenti arasında razılaşma əsasında həyata keçirilir. Ötən il onun birinci mərhələsi İran İslam Respublikasının coğrafi ərazisində keçirilib, bu il də eyni yolla Azərbaycanın coğrafi ərazisində həyata keçirilir", - deyə o qeyd edib.
Həmçinin məlum olub ki, Azərbaycandakı təlimlərə qatılanlar İran İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının Mirzə Kiçik Xan Xüsusi Təyinatlı Qüvvələr Briqadasının hərbçiləridir.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video