Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla bu gün baş tutacaq danışıqlardan əvvəl güclü tərəf olduğuna inanır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
“Putin əmindir ki, onun qoşunları ilin sonuna kimi Ukraynanın müdafiəsini yarıb Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinə tam nəzarəti ələ keçirə biləcək. Bu o deməkdir ki, Putin bugünkü söhbət zamanı çətin ki, Trampa ciddi güzəştə getsin. Öz növbəsində, Avropa liderləri narahatdır ki, Tramp nə olursa olsun, nizamlanmanı tətbiq etməyə cəhd edə bilər”, - mənbə bildirib.
Qeyd olunub ki, Tramp müharibəni tez bir zamanda dayandırmaqda israr edir:
“O, razılaşmaya vasitəçilik etmək üçün Putinlə birbaşa danışıqları dəstəkləyib. Putin isə müharibəni bitirməyə hazır olduğuna dair heç bir işarə verməyib. Bu, Kiyevdə və digər Avropa paytaxtlarında Ukraynanın daha çox ərazilərdən imtina etmək məcburiyyətində qala biləcəyi ilə bağlı narahatlığı artırıb”.
Kremlə yaxın olan digər iki mənbə vurğulayıb ki, döyüşlərin dayandırılması ilə bağlı bütün söz-söhbətlərə baxmayaraq, Putin öz məqsədlərinə çatmaq üçün lazım olsa, uzunmüddətli müharibə aparmağa hazırdır.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video