Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib.
O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.
“Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”, - erməni siyasətçi deyib.
İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı olduğu deyilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan 17 maddəlik sülh sazişi mətnini razılaşdırdıqdan sonra Prezident İlham Əliyev daha iki tələbi – Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğv edilməsi – irəli sürüb.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı