Uzun müddətdir ki, PKK Türkiyənin şəhərlərində ciddi əməliyyatlar həyata keçirə bilmirdi və təşkilatın fəaliyyəti xeyli zəiflədilmişdi. Lakin indi PKK-nın bu qərarının digər əlaqəli strukturlara da təsir edib-etməyəcəyi sual altındadır.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, Türkiyə uzun müddət ərzində PKK-nın törətdiyi təhlükələri neytrallaşdırmağı bacarıb:
“Bir çox üzvləri ya həbs olunmuş, ya da zərərsizləşdirilmişdi. Bu səbəbdən PKK İran ərazisinə, əsasən də Qəndil dağlarına çəkilmişdi. Daha sonra isə Suriyanın Sincar istiqamətinə keçərək orada YPG adı altında fəaliyyət göstərməyə başladılar. Əslində bu ərazilər də PKK-nın bazaları idi. İndi isə fərz edək ki, PKK fəaliyyətini dayandırdı. Bu, digər qolların da eyni addımı atacağı anlamına gəlirmi? Məsələn, PKK-nın İran qanadının fəaliyyətini dayandıracağına dair hələlik heç bir rəsmi məlumat yoxdur”.
Turab Rzayevin fikrincə, bu prosesin fonunda YPG məsələsi xüsusi diqqət tələb edir:
“Türkiyə üçün hazırda ən böyük təhdid PKK yox, YPG-dir. YPG-nin nəzarətində olan ərazilər var və bu bölgələrdə onların silahlı qüvvələri mövcuddur. Texnoloji dəstək alsalar da, dövlətçilik formalaşmayıb. Əgər Türkiyə bu məsələdə passivlik nümayiş etdirsə, gələcəkdə daxildə PKK tərəfdarlarının və ya onlara bənzər qrupların artması mümkündür”.
Ekspert əlavə edib ki, beynəlxalq güclərin məsələyə yanaşması da önəmlidir:
“PKK-nın ləğvi bəyanatı ilə yanaşı, PYD və YPG-nin taleyi də gündəmdədir. Ola bilər ki, xarici dövlətlər – xüsusilə Almaniya, Fransa, Böyük Britaniya, İsveç kimi ölkələr – bu məsələdə fərqli mövqe tutublar. Mümkündür ki, PKK-nın ləğvi müqabilində PYD-nin bölgədə qalması üçün razılıq əldə olunub”.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video