“O vaxt oğlumun ölümünə cəhd etdilər, indi də eyni şeyi nəvəm Tamerlana etmək istəyirlər”.
“BUTA TV” xəbər verir ki, bu sözləri mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva “Space TV”də “Tarixin bir günü” verilişinə müsahibəsində deyib. Ş.Cəbiyeva bildirib ki, hazırda nəvəsinə qarşı təzyiq göstərirlər: “Oğlumun ölümünə cəhd etdilər. İndi də nəvəmə sataşırlar. Anarın ailəsinin dağılmasında da böyük rol oynadılar. Anarı məhv etməyə çalışdılar, çox istifadə etdilər.
Anar depressiyaya düşəndə tək qaldı. Onun yayılan videosunu da qurama olaraq təşkil etmişdilər. Anarın beləcə qəsdinə durdular. Onu da nə məqsədlə edib, edən şəxs özü yaxşı bilir.
Tamerlan replər ifa edir. Həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib, artıq hər şey unudulub. Amma yox, indi eyni şeyləri Tamerlan yaşamağa başlayıb. İndi Tamerlana zənglər edirlər. Mən oğlumun ətrini Tamerlandan alıram. Xahiş edirəm, Anarın o videosunu portallardan silsinlər”.
Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ildə 44 yaşında vəfat edib.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video