Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.
BUTA.TV "Report"a istinadla xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub. Dəfn mərasimində qar uçqununda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü Əli Tariyel oğlu İmanovun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ə.İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ə.İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Ruslan Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşləri tapılıb və ailələrinə təhvil verilib.
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video
- “Mersedes”lə qəza törətdi: anası öldü
- XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal