Deməzdim ki, Rusiyada Azərbaycanla aranı qarışdıran insanlar var. Ənənəvi olaraq bizdə müəyyən diaspor lobbiləri var ki, onların gücü çox şişirdilir. Ən azından Ermənistanla heç nə edə bilmədilər. Paşinyan Türkiyə və Azərbaycanla yaxınlaşma xəttini davam etdirir. Və bu xətti, yeri gəlmişkən, Prezident Putin dəstəkləyir. Ümumiyyətlə, Rusiyada bu məsələ (münasibətlərin pisləşməsi – red.) ciddi səviyyədə şişirdilmir. Rusiya hakimiyyətinin ümumi tonundan görürəm ki, onlar bu münaqişəni mümkün qədər tez həll etmək istəyir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı jurnalist Maksim Şevçenko “Qafqaz Bürosu”na müsahibəsində deyib.
“Azərbaycanda qiymətləndirmə tonunu Azərbaycan Prezidenti müəyyən edir. Bu, daha ciddi məsələdir və təbii ki, Azərbaycan Prezidentinin nəinki haqqı var, həm də üzərinə düşən vəzifəni yerinə yetirir. Çünki Azərbaycan təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb, Azərbaycan vətəndaşları həlak olub və məncə, bununla bağlı heç bir sual ola bilməz. Prezident Əliyevin verdiyi suallar fundamental əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələləridir.
Həmişə Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin tərəfdarı olmuşam. Buna əsaslanaraq və bütün problemləri bütövlükdə qiymətləndirsək, deyərdim ki, həllini tələb edən suallar yığılıb. Daha konkret desək, bu suallar prezidentlər səviyyəsində dialoq tələb edir, prezidentlərimiz arasında həmişə çox yaxşı şəxsi münasibətlər, çox gözəl dialoq olub”, - o bildirib.
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!