5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.
BUTA.TV Xəzər TV-yə istinadən məlumat verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.
Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.
Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.
Ətraflı süjetdə:
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu