Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.
“BUTA.TV” Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən qərar verilib.
Qeyd olunur ki, həmin cərrahların, o cümlədən S. Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
Məsələ ilə bağlı S. Heydərovanın köməkçisi açıqlama verərək onun ölkə xaricində olduğunu və hazırda işləmədiklərini qeyd edib. Bildirib ki, o, bir ay sonra Bakıya qayıdacaq. Köməkçisi Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu söyləyib.
Sevinc Heydərovanın işlədiyi “İnternational Medical Centre”dən də bu barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün Xüsusi Təftiş Komissiyası yaradılmışdı. Səhiyyə Nazirliyi tərəfindən lazımi sənədlərin komissiyaya təqdim olunması üçün onlara vaxt verilmişdi.
Xatırladaq ki, S. Heydərova daha əvvəl də dəfələrlə uğursuz plastik əməliyyatlar etməkdə ittiham olunub. Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. Belə ki, o, 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun fəsadlarını yaşayıb, görmə qabiliyyəti tamamilə zəifləyib.
F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.
- Bakıda qadın onunla evlənmək istəməyən kişini ürəyindən vuraraq öldürdü - HƏSSAS GÖRÜNTÜLƏR
- Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
- Vüqar Qurbanov direktoru işdən çıxardı
- İmamoğlunun həbsi Fransaya bəhanə verdi: Ərdoğana “hücum”…
- Zelenski öz otağında yanan Kremlin rəsmini asıb
- Azərbaycanlı mitinqdə sevgilisinə evlilik təklifi etdi - VİDEO
- Lavrov Mirzoyanla danışdı: Sülh müqaviləsi...
- Nazilə Səfərlidən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdir"