Müxtəlif ölkələr qarşıdurmalar içərisində olarkən, Ağ Evin yeni sahibi Donald Tramp hədələmə siyasətinə üstünlük verərkən, Çin sakitcə işini görür, bu ölkənin texnoloji imkanları genişlənməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Çin süni intellekt yarışında inqilabi sıçrayış edib. Çinin “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itiriblər. Çinli startapın Quql və OpenAİ kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başlayıb. Son model ən çox yüklənən süni intellekt proqramına çevrilib. Çin bununla sübut edib ki, böyük xərc qoymadan süni intellekti inkişaf etdirmək mümkündür. Halbuki aparıcı ABŞ şirkətləri süni intellektin formalaşmasına yüz milyonlarla dollar xərcləyirlər. Aydındır ki, istifadəçilər daha ucuz modellərə maraq göstərəcəklər. Belə olan halda isə ABŞ-ın texnoloji şirkətlərinin səhmləri ucuzlaşacaq”, - politoloq bildirib.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq