Bakı hava limanında saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş sədri Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” Azərbaycan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
“O, Bakıdan Dubaya getmək istəyib, lakin hava limanında pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub və Xaxaleva saxlanılıb. Azərbaycan məhkəməsi bu barədə qərar verdikdən sonra o, Rusiyaya ekstradisiya olunacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2017-ci ildə Xaxaleva qızına 2 milyon dollara başa gələn toy etməsilə gündəmə gəlmişdi. Rusiya mətbuatı yazırdı ki, həmin toya rus estradasının Nikolay Baskov, Vera Brejneva, Valeri Meladze, Soso Pavliaşvili kimi ulduzları dəvət olunublar.
2021-ci ildə Rusiya Ali Hakimlər Kollegiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə Xaxaleva barəsində “xüsusilə böyük miqyasda dələduzluq” və “rəsmi saxtakarlıq” maddələri ilə cinayət işi açmasına icazə verib. Lakin Xaxaleva istintaqdan qaçıb və 2022-ci ildə Rostov məhkəməsinin qərarı ilə haqqında qiyabi həbs qərarı çıxarılıb.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq