Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının “NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi” müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.
“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum”, – Hüseynzadə qeyd edib.
Onun sözlərinə görə, görüşdə “Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə” aparılıb.
“Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik”, – Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.
- Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
- Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
- Azərbaycanla dialoqun tərəfdarıyıq - Friden
- Ombudsmandan seçkilərlə bağlı açıqlama
- Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
- Fərid Qayıbov Samir Şərifovun müavini oldu
- Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto
- Putinlə Paşinyan arasında sərt telefon danışığı