Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.
Hazırda AMEA-nın nəzdində 9 institut qalıb:
1. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
2. Memarlıq və İncəsənət İnstitutu;
3. Folklor İnstitutu;
4. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
5. Nəsimi adına Dilçilik İnstitutu;
6. Arxeologiya və Antropologiya İnstitutu;
7. Fəlsəfə və Sosiologiya İnstitutu;
8. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu;
9. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu.
Qeyd edək ki, AMEA-ya Respublika Seysmoloji Xidmət Mərkəzi də daxildir.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava