Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq.
BUTA.TV Globailnfo.az-a istinadla xəbər verir ki, Baş nazir Edi Rama Albaniyanın dini qorumaq və təşviq etmək üçün Vatikanı nümunə götürərək suveren müsəlman dövləti yaradacağını deyib. Əgər bu baş tutarsa, yeni dövlət dünyanın ən kiçik dövlətlərindən biri olacaq.
“Simvolik dövlət divarsız, polissiz, ordusuz, vergisiz və digər atributları olmayan, lakin qərargaha sahib mənəvi dövlət olacaq”, – deyə baş nazir əlavə edib.
Dövlətin nə zaman qurulacağı barədə məlumat verməyən Rama planın parlament tərəfindən təsdiq gözlədiyini deyib.
Qeyd edək ki, sözügedən iddia bir müddət əvvəl gündəmə gəlmişdi.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq