Tramp nə istəyir? ABŞ-ın tarixən aldığı torpaqlara baxın…

22:30 - 25 Yanvar 2025 - GÜNDƏM

 Tramp nə istəyir? ABŞ-ın tarixən aldığı torpaqlara baxın…

ABŞ tarixini bilməyənlər manipulyasiya ilə məşğuldurlar – indiki ABŞ ərazisinin tamamına yaxını ya başqa dövlətlərdən, ya da yerli qəbilələrdən pulla-malla alınıb. Məsələn, bu gün ABŞ-da ən bahalı torpaq sahələrindən biri olan Manhetteni yerli qəbilə ilə paltara və balta-bıçağa dəyişib.

BUTA.TV xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli deyib.

“ABŞ-ın indiki ərazisinin 30%-nə yaxınını ölkə Prezidenti Tomas Cefferson 1803-cü ildə “Luiziana alışı” anlaşması ilə Fransadan alıb. Anlaşma ilə bugünkü Arkanzas, Missuri, Ayova, Oklahoma, Kanzas, Nebraska, Minnesotanın cənubu, Şimali Dakotanın çox hissəsi, demək olar ki, bütün Cənubi Dakota ştatı, Nyu Meksikonun şimal-şərqi, Montananın çox hissəsi, Vayominqin bir hissəsi, Texasın şimalı, Koloradonun şərq yarısı, Luiziana ştatının bir hissəsi (Missisipi çayının hər iki tərəfində), o cümlədən Yeni Orlean şəhəri ABŞ ərazisi oldu. 1867-ci ildə ABŞ indiki ərazisinin 17%-i, yəni Alyaska ştatını Rusiya İmperiyasından satın alıb”, - o qeyd edib.

N.Cəfərlinin sözlərinə görə, ABŞ daha sonra Meksikadan “Gadsden anlaşması” ilə torpaq alıb, qalan hissəni Meksika satmaqdan imtina edəndə, torpaqları referendumla öz ərazisinə qatıb:

Bu xəbər hal-hazırda çox oxunur
Bakıdan Paşinyana cavab: Bu, tamamilə gülüncdür!

“Danimarkadan da ABŞ torpaq alıb – 1917-ci ildə “Virgin adalarını”, o vaxtın pulu ilə 25 milyon dollara alıb. Yəni Trampın Qrenlandiyanı almaq istəməsində qeyri-adi heç nə yoxdur. Yeri gəlmişkən, 1946-cı ildə Prezident Harri Truman Qrelandiyanı 100 milyon dollara almaq istəyib, amma o zaman bu anlaşma başa çatmadı”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol