Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin cari ilin əsas riskləri və təhdidləri ilə bağlı hesabatında 2025-ci ildə Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı təcavüz ehtimalının az olduğu göstərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, belə qiymətləndirmə müxtəlif faktların, hadisələrin müqayisəsi və təhlilinə əsaslanır:
“Eyni zamanda, lokal toqquşma və eskalasiya riski qalmaqdadır. Bu risklər sərhədin delimitasiyası və demarkasiyası prosesində müəyyən qədər azaldıla bilər”.
Hesabat müəllifləri İrəvanla Bakı arasında danışıqların ikitərəfli formatını ən effektiv hesab edirlər. Eyni zamanda, Qərbi Azərbaycan və Qərbi azərbaycanlılar, Ermənistanın hərbiləşdirilməsi, revanşizm, Zəngəzur dəhlizi məsələlərini İrəvanın təhlükəsizliyinə təhdid hesab edirlər.
Qeyd edilir ki, sülh müqaviləsinin imzalanmasının və münasibətlərin normallaşdırılmasının ləngiməsi Azərbaycanın niyyətləri ilə bağlı qeyri-müəyyənliyi xeyli artırır.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava