Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “Marie Claire” jurnalının rus versiyasının növbəti qonaqlarından biri olub.
“BUTA.TV” “Axşam.az”a istinadən xəbər verir ki, nəşr üçün kamera qarşısına keçən ifaçı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
O bildirib ki, qadınları başa düşmək mümkün deyil: “Müasir qızları çox məqsədyönlü görürəm, onlar öz karyeralarına və şəxsi nailiyyətlərinə kökləniblər. Bu, yaxşıdır, amma məni kədərləndirir. Artıq demək olar ki, heç kim evinin xanımı, ailənin anası olmağı şərəfli saymır. Məsələn, mənim tanıdığım qızların 50%-dən çoxu yemək bişirməyi bilmir. Buna etiraz etmirəm, sifariş edə və ya özümüz bir şey bişirə bilərik. Ancaq gələcəyə baxaraq, övladlarımın hazır yemək yeməsini istəməzdim. Ən yaxşı restoranların ən bahalı yeməkləri belə evdə ananın əlləri ilə hazırlanan yeməkləri əvəz edə bilməz. Əlbəttə ki, qadının karyerası münasibət və ailə qurmağa mane olmur”.
O, ailə üzvləri arasındakı sevgi münasibətlərindən söz açıb: “Ailəm əslən azərbaycanlıdır. Başa düşmək lazımdır ki, valideynlərim gənc olanda, hətta xoşuma gələn bir qızla danışmaq belə asan deyildi. Oğlan əvvəlcə valideynlərindən icazə istəyir, niyyətinin ciddi olduğunu, onu aldatmayacağını və incitməyəcəyini sübut edirdi. Qız ailənin məsuliyyətini üzərinə götürəcək və ömrünün sonuna qədər onun dayağı olacaq kişi üçün iffətini saxlayırdı. Ona görə də münasibətlər tamam başqa cür qəbul edilirdi.
Ana tərəfdən babam ilk baxışdan nənəmə aşiq olub. Bir dəfə onunla görüşüb. Onu yalnız uzaqdan görüb, həmin vaxt yad adama yaxınlaşmaq mümkün deyildi. Babam nənəmə məktub yazıb. Ona nənəmin anası cavab verib. Beləliklə, nənəm sərhədlər qoydu və evlilikdən başqa hər hansı yolla bunun alına bilməyəcəyinə işarə edib. Babamı onun xasiyyəti, düzgünlüyü, ədəb-ərkanı valeh edib. Valideynlərimdə də oxşar vəziyyət olub. Bir baxış - vəssalam, onların ürəkləri o qədər işıqlanıb ki, illər boyu hələ də ailə ocağının istiliyini qoruyub saxlayıblar”.
Coni “Seçdiyin qız valideynlərini razı salmasa, nə olacaq” sualına belə reaksiya verib: “Valideynlərimin nümunəsi ilə böyümüşəm və onlara güclü və xoşbəxt ailə qurmağa kömək edən eyni dəyərlərə sahibəm. Ona görə də belə bir ssenari mümkün deyil. Biz isə avtomobil seçmirik ki, mən qara və gözəl faralar istəyim. Kimə aşiq olacağımı, kimi özümə aid hiss edəcəyimi bilmirəm. Ancaq enerji birləşdikdə, hətta kənardan da dərhal görünür”.
Coni ata olmaq istəməsi haqda isə bunları söyləyib: “Mənim üçün nəsli davam etdirmək həyatın ən vacib tərəflərdən biridir. Vəziyyət fərqli ola bilər, baxmayaraq ki, böyük bir ailə xəyal edirəm. Sevimli xanımım çox uşaq istəmirsə və ya edə bilmirsə, bu, münasibətlərin taleyini həll etməyəcək. Uşaq Alalhın möcüzəsidir, hədiyyəsidir, ona görə də biri də olsa, məni sevindirəcək. Amma yeddi daha çox sevindirəcək!”
- Camal yüksək balla akademiyada oxuyubmuş...
- Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır?
- Bu, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də... - Paşinyan
- Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi
- İmişli olayı: güdükdə duranlar kimdir? - Deputat açıqladı
- Paşinyan müharibədə qalib gəlsəydi, nələr edərdi...
- İmişli qəzası: Bir neçə yerdə də qığılcım olsa... - Deputat
- Ermənistan kəşfiyyatı: Azərbaycanın hücum ehtimalı...