İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib ki, xarici işlər naziri Abbas Arakçı “vaxt çatışmazlığından” Nyu Yorka səfər etməyəcək. “Vaxt çatışmazlığı” bəhanəyə oxşayır. İran Yaxın Şərqdə fəal rola iddia edərkən, Birləşmiş Millətlər Təşkilatında Fələstin, o cümlədən Qəzza zolağında vəziyyətin müzakirəsindən imtina edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Görünür, ABŞ və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə edilən atəşkəs və girovların azad edilməsi razılaşması İrandakı mühafizəkar dairələrin maraqlarına cavab vermir. Yəqin hesab edirlər ki, bu razılaşmadan sonra İsrailin və ABŞ-ın diqqəti İrana yönələcək. Diqqətlər yeni Prezident Donald Trampın İranla bağlı hansı siyasəti həyata keçirəcəyinə yönəlib”, - o bildirib.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?