Ləğv olunmuş qondarma rejimin sabiq “müdafiə naziri” general-leytenant Cəlal Arutyunyanın yanvarın 15-də Sünik vilayətində (Zəngəzur-red.) keçirilən məhkəmə prosesinin detalları məlum olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Arutyunyanın vəkili Liparit Simonyanın proseslə bağlı “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsi ictimaiyyətin diqqətini çəkib.
Simonyan erməni generalın müharibə zamanı hərbi vəziyyətə nəzarətdə səhlənkarlığa yol vermək və faciəyə səbəb olmaqda ittiham edildiyini bildirib. Vəkilin sözlərinə görə, məhkəmə Cəlal Arutyunyanı 44 günlük müharibə zamanı – oktyabrın 12-də Füzuli rayonunun Cuvarlı yaşayış məntəqəsi yaxınlığında, Xocavəndin “Sor” hərbi hissəsinin 20 əsgərinin ölümündə təqsirli bilib.
“Diviziya cəbhədə olduğu zaman general kənardan qoşunun gəldiyini görüb. Əsgərlər bunun Ermənistan ordusunun hərbçiləri olub-olmadığını soruşublar. General Arutyunyan onların 100 faiz erməni əsgərlər olduğunu deyib və bundan əmin olduğunu bildirib, atəş açmamaq əmri verib. Lakin gələnlər Azərbaycan ordusunun hərbçiləri olub, nəticədə 20 erməni əsgər mühasirəyə alınıb. Say və güc üstünlüyünün Azərbaycan əsgərlərində olması səbəbindən erməni əsgərlərin hamısı döyüşdə ölüb”, – vəkil bildirib.
C.Arutyunyanı 5 ildən 10 ilə qədər həbs gözləyir.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?