Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.
“Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək”, - Xidmət rəsmisi bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektarı xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.
- Azərbaycanda iki yeni milli park yaradılır
- Zaur Baxşəliyev özünə yeni biznes qurur
- Moskvadan gələn təyyarə Bakının üzərindən geri döndü - Foto
- Maka Boçorişvili Azərbaycana gələcək
- Nikol düşünür ki, bununla Əliyevə mane ola biləcək - Balasanyan
- Ankara Makronu rədd etdi: ABŞ-ın qüdrəti arxasında gizlənən…
- AB “missiyası”: müddəti uzatmaq üçün oyun… - Video
- ABŞ-ı bürüyən dəhşətli yanğın kosmosdan belə görünür - Foto