AB-nin Ermənistandakı “missiya”sının Azərbaycan üçün problemli tərəfi ondan ibarətdir ki, bu, əvvəlcə rəsmi Bakı ilə birgə razılaşdırılmışdı. Sonradan “missiya”nın tərkibinin genişlənməsi, müddətinin uzadılması barədə qərarlar Azərbaycan tərəfi ilə razılaşdırılmadan verildi. Azərbaycan tərəfi də haqlı olaraq bununla bağlı irad və fikirlərini bildirdi. Həmçinin rəsmi Bakı buna ehtiyac olmadığını düşünür.
BUTA.TV xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli 5-6 yanvar tarixlərində sərhəddəki təxribatın səbəbləri və bu addımın AB-nin “missiya”sının uzadılması ilə əlaqəsini şərh edərkən deyib.
“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensiv mərhələsi yaşandığı üçün belə bir “missiya”ya ehtiyac yoxdur. Ola bilər ki, sərhəddə atəşkəsin pozulması “missiya”nın müddətinin uzadılması üçün bir bəhanə kimi istifadə edilsin. Amma düşünürəm ki, Azərbaycan təyyarəsinin Qroznıda vurulmasından sonra Rusiyaya qarşı qaldırdığımız haqlı iddiaların da rolu var. Rusiya tərəfi hələ Azərbaycanın tələblərinə cavab verməyib. Ermənistan ordusunda hələ də Rusiya hərbi məktəblərini bitirmiş onlarla yüksək rütbəli zabitlər, generallar var. Onların əli ilə Rusiyanın atdığı addım da ola bilər. Əlbəttə ki, sübutumuz yoxdur. Siyasi səbəbləri götürüb analiz eləsək, bu variantın mümkünlüyü də mövcuddur. Hər iki variantı düşünmək lazımdır”.
AB-nin Ermənistandakı “missiyası” gündəlikdən nə vaxt çıxarılacaq? Qərb bu “missiya”dan Qafqaza nəzarət üçün istifadə edir? Paşinyan hansı niyyətlə AB-nin “missiya”sını əlində saxlamağa çalışır?
Ətraflı videoda:
- Moskvadan gələn təyyarə Bakının üzərindən geri döndü - Foto
- Maka Boçorişvili Azərbaycana gələcək
- Nikol düşünür ki, bununla Əliyevə mane ola biləcək - Balasanyan
- Ankara Makronu rədd etdi: ABŞ-ın qüdrəti arxasında gizlənən…
- AB “missiyası”: müddəti uzatmaq üçün oyun… - Video
- ABŞ-ı bürüyən dəhşətli yanğın kosmosdan belə görünür - Foto
- Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
- Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi