İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə xəbər bizi olduqca kədərləndirdi.
İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”, - məktubda qeyd olunub.
- Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - Detallar
- Delimitasiya komissiyasınıni görüşündə razılaşma... - Deputat
- Delimitasiya hansı xəritə ilə aparılacaq?
- "Dqr"çilərin məhkəməsi: Dövlət ittihamını 6 prokuror müdafiə edir
- 20 Yanvar – xalqımızın azadlıq mübarizəsinin rəmzi
- Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - Video
- Delimitasiya prinsipi: “Şimaldan cənuba” hansı anlama gəlir?
- Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır