Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur

16:10 - 6 Yanvar 2025 - GÜNDƏM

 Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur

Levon Ter-Petrosyanın “Yerkrapa” terrorçu qruplaşması qarşısında 1993-cü il 23 iyulunda etdiyi çıxışın üzə çıxması çox vacib dəlildir.

BUTA.TV xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın ilk prezidenti Ter-Petrosyanın etirafları haqda danışarkən deyib.

Politoloq bildirib ki, Azərbaycan və dünya ictimaiyyəti bu mövzunu araşdırmalıdır:

“Ermənistanın bu münaqişəyə hansı məqsədlərlə başladığını dünya görməlidir. Ermənistanın dövlətçilik ideologiyası türklərə qarşı qurulub, hətta Ter-Petrosyanın etirafında saydığı “uğurları” sübut edir ki, onlar faşist-millətçilik ideologiyası ilə hərəkət ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan dünən uğurlu hücum etdi - Geqamyan

Xatırlayırsınızsa, vaxtilə Ermənistanın ikinci prezidenti Robert Köçəryan da parlamentdə çıxışında bildirmişdi ki, azərbaycanlılarla ermənilər “genetik baxımdan” bir yerdə yaşaya bilməzlər. Elə bu fikir də faşist yanaşmanın təzahürüdür. Ancaq bu bəyanata fikir verən olmadı.

Düşünürəm ki, bu məsələ ilə bağlı Ermənistan tərəfi ictimaiyyət üçün müzakirələr yaratmağa məcburdur. Biz də həmin müzakirələrin nəticələrini gözləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl yutuber Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı aqressivliyi ilə fərqlənən “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışı yayıb. Bu çıxışda Petrosyan azərbaycanlıları silah gücü ilə öz yurd-yuvalarından qovduqlarını açıq etiraf edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol