Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və İCAO-nun 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.
Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.
Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
- Ter-Petrosyan etirafında belə saxtakarlıq edir - Politoloq
- Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov
- Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası
- Putin 1,2 trilyon pul, 5 milyon əsgər itirməlidir ki… - Kox
- Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?
- Bu gün onlar Milad bayramını qeyd edir
- Dünyanın ən bahalı şəhərləri: Bakının da adı var...
- Tramp Bakını seçəcək, İrəvanın seçimi… - “Stratfor”