Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” məxfiləşdirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə "ВЧК-ОГПУ" Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505 VSO-nun (Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsi) müstəntiqləri tərəfindən həyata keçirilir.
"Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur.
Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir. Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə, Qroznu hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb", - deyə Rusiya mənbəsi vurğulayıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
- Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir - Video
- “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
- İranlı deputatdan spikerə: Vallah, sən diktatorsan!
- Çox güman, pilotlar bilirdilər ki, qəzadan sağ çıxa bilməyəcəklər
- Prezident: Qəzadan təqribən 10 gün əvvəl Qroznı yaxınlığında...
- “Qara qutu”ları onların açmasına razılıq vermədik
- İlkin araşdırma dediyim versiyanı bir daha təsdiqləyir
- Vətəndaşlarımızın bu qəzada həlak olmasının günahı... - Prezident