Ötən ilin sonunda Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurmada hər iki tərəfdən itkilər qeydə alınıb. Pakistan bu toqquşmalarda 19 hərbçisini itirib. Əfqanıstanın Xost və Paktiya vilayətlərinin Pakistanla sərhədində iki ölkə sərhəd qüvvələri arasında toqquşmalar bir neçə gün davam edib. Əfqan qüvvələr Pakistan qüvvələrinə məxsus nəzarət məntəqələrini yandırıblar. Bundan başqa əfqan qüvvələrin Pakistan qüvvələrinə məxsus iki nəzarət məntəqəsini ələ keçirdiyinə dair xəbərlər yayılıb.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Pakistan rəhbərliyi ilə Əfqanıstanda hakimiyyətdə olan Taliban bir-birlərini ittiham ediblər:
“Kabil iddia edir ki, Pakistan hərbçiləri Talibanın bazalarına zərbələr endirib və bu zaman 49 mülki insan həlak olub. Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə toqquşmalar az qala hər il qeydə alınır. 2023-cü ilin fevral ayında Əfqanıstan-Pakistan sərhədində yerləşən “Torxam” sərhəd keçid məntəqəsi yaxınlığında da silahlı toqquşmalar bir neçə gün davam etmişdi. Pakistan baş verən insidentə görə Əfqanıstanı ittiham edib. Kabildən yayımlanan açıqlamada isə Pakistana hücumlarına qarşı cavab zərbəsi endirildiyi bildirilib. Öz növbəsində Pakistan Əfqanıstan tərəfdə gizlənən terrorçulara zərbə endirildiyini açıqlayıb”.
Politoloq vurğulayıb ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır:
“Halbuki, Talibanın yaranışında Pakistanın dəstəyi olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan terrorçu qrup Pakistanın sərhəd məntəqələrinə hücumlar təşkil edir. Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir. Bu zaman hər iki tərəfdən itkilər olur.
Problem ondadır ki, Taliban Əfqanıstanda hakimiyyətdə olsa da, ölkə ərazisindəki müxtəlif silahlı qrupların tamamına nəzarət etmir. Əfqanıstan ərazisində isə müxtəlif silahlı qruplar mövcuddur ki, onlar Talibana tabe deyillər və həmin qruplar qonşu ölkələr üçün təhlükə mənbəyidir. Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki, Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Buna görə də iki ölkə arasındakı gərginlik Pekini ciddi narahat edir”.
- İdmançıların hücum etdiyi şəxs DSX mayorudur
- Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək
- Qarabağ xanlığının şərq qapısından – Fotolar
- AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto
- Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı
- Rusiyada 2025-də nələr olacaq? – Real ssenari
- “Made in China 2025” işə düşdü - Qərb narahatdır
- Qroznıda qəza ilə bağlı araşdırmanın bu hissəsi məxfiləşdirilib